Konfrans Liqasının qrup mərhələsində mübarizə aparacaq “Qarabağ”ın “Bazel”lə oyununun yeri dəyişdirilib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan qarşılaşma Bakı Olimpiya Stadionunda salınıb. Artıq Ağdam klubunun rəsmiləri BOS-un rəhbərliyi ilə görüşüb və “Bazel”lə oyun öncəsi müzakirələr aparıb.
“Qarabağ” daha əvvəl “Bazel”lə matçı səfərdə keçirmək üçün müraciət etsə də, UEFA bunu qəbul etməyib. Qitə futbol qurumu ölkə daxilində başqa arena təklif edilməsini istəyib.
Qeyd edək ki, görüş sentyabrın 16-da keçiriləcək.