22 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ” belə “Neftçi”nin çempionluq yarışında olmasını istəyir”

“Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyev “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişinin qonağı olub. 

İdmanxeber.az-ın məlumatına görə, hazırda “Qarabağ” klubunun akademiyasının direktoru vəzifəsində çalışan mütəxəssis “Neftçi”nin durumdan danışıb:

“Hamımızın uşaqlıq komandası olan “Neftçi”nin bu duruma düşməsi inanmıram ki, kimlərisə sevindirə. Hətta “Qarabağ” belə “Neftçi”nin onunla çempionluq yarışında olmasını istəyir. Mən hər iki klubda da oynamışam. Həmişə “Neftçi”nin yüksək yerlər üçün mübarizə aparan bir komanda kimi tanımışıq. Söhbət yalnız Roman Qriqorçukdan getmir. Yəqin ki, bu duruma görə günahkar yalnız baş məşqçi deyil. Komandanın yerli və ya əcnəbi məşqçiyə tapşırılmasına mənim münasibət bildirməyim düzgün olmaz. Ancaq statistikaya baxanda daha çox yerlilərin uğur qazandığını rahatlıqla demək olur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43