UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Zalsburq"la qarşılaşacaq "Qarabağ" Avstriya klubunu iki oyunun nəticəsində məğlub edə bilsə qitənin ən nüfuzlu klub turnirinin "play-off"unda qarşılaşacağı rəqiblər bəlli olub.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi güclü rəqibini devirdikdən sonra "play-off"da Belarusun BATE, Ruimıniyanın "Styaua", Kiprin APOEL və Şotlandiyanın "Seltik" klubları ilə qarşılaşa bilər.
Bundan əlavə Çexiyanın "Sparta Praqa", İsrailin "Makkabi Tel-Əviv", Xorvatiyanın "Dinamo" (Zaqreb) kimi klubları da Ağdam təmsilçisinə rəqib ola bilər.