Misli Premyer Liqasının VI turuna yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turu ümumilikdə stadionlardan 10 950 azarkeş izləyib. Ən çox maraq turun mərkəzi qarşılaşması – “Qarabağ” – “Sabah” görüşünə olub. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan matçda 4500 tərəfdar qeydə alınıb.
Azarkeşlərin maraq göstərdiyi daha bir görüş Tovuzda baş tutub. “Turan Tovuz”un “Qəbələ” ilə heç-heçə (2:2) etdiyi oyunu tribunalardan 4000 azarkeş izləyib. VI turda ən az azarkeş qeydə alındığı görüş “Araz Naxçıvan”la “Neftçi” (450) arasında keçirilib.
Misli Premyer Liqası VI tur
“Zirə” – “Sumqayıt” – (500- 1:0)
“Kəpəz” – “Səbail” – (1500 – 0:3)
“Araz Naxçıvan” – “Neftçi” – (450 – 1:0)
“Turan Tovuz” – “Qəbələ” – (4000 – 2:2)
“Qarabağ” – “Sabah” – (4500 – 2:0)