Ölkə futbolu

“Qarabağ” – “Braqa” matçının biletləri bu tarixdə satışa çıxır

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” Portuqaliya təmsilçisi “Braqa” ilə qarşılaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, 22 fevralda Bakıda keçiriləcək cavab matçının biletləri gələn ayın 12-də satışa çıxarılacaq. Biletlərin qiymətləri barədə hələlik məlumat yoxdu. 

Qeyd edək ki, tərəflər arasında ilk matç fevralın 16-da Bakı vaxtı ilə saat 00:00-da Braqada keçiriləcək. Bundan 1 həftə sonra isə cavab oyunu Bakıda baş tutacaq və saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43