08 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” “Braqa” oyunlarının heyətini açıqladı

“Qarabağ” UEFA Avropa Liqasının pley-off “Braqa” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov 24 futbolçunun adını sifariş edib.

Qış fasiləsində transfer edilən Aleksey İsayev də heyətə salınıb.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 89. Amin Ramazanov.

Müdafiəçilər: 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 83. Nihad Quliyev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç.

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 7. Yassin Benzia, 65. Patrik Andrade, 24. Aleksey İsayev, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 6. Julio Romao, 19. Redon Cica, 10. Abdullah Zubir.

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 90. Nəriman Axundzadə.

“Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43