04 Dekabr 2024
Kateqoriyasız Ölkə futbolu Premyer Liqa

“Qarabağ” braziliyalıdan sevindirici xəbəri aldı 

“Neftçi” ilə matçda zədələnən Julio Romaonun son durumu bəlli olub.

Klubdan İdmanxeber.az-a verilən məlumata görə, “Qarabağ”ın braziliyalı futbolçusu azı bir həftə yaşıl meydanlardan kənar qalacaq. Zədəsi daha ciddi gözlənilən futbolçu Azərbaycan kubokunun 1/8 final mərhələsinin bu gün keçiriləcək “Qəbələ” ilə, həmçinin Misli Premyer Liqasının 16-cı turunun “Sabah”la səfər görüşlərini buraxacaq.

Təcrübəli yarımmüdafiəçinin Avropa Liqasının Liqa yolunun “Elfsborq”la səfər qarşılaşmasına kimi tam hazır vəziyyətə gəlməsi gözlənilir.

Qeyd edək ki, Romao “Neftçi” ilə matçın ilk hissəsində zədələnmiş, fasilədə Patrik Andrade ilə əvəzlənmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43