“Qarabağ”ın futbolçusu Reynaldo vətəni Braziliyada müalicəsini davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, forvard fizioterapevti ilə birlikdə trenajor zalında fərdi şəkildə məşqlərini davam etdirir.
Qeyd edək ki, Ağdam klubunun aparıcı üzvünün yanvar ayından etibarən komandaya qoşulacağı gözlənilir.