Bu gün “Qarabağ” Avroliqanın pley-off mərhələsinin ilk oyunu üçün Moldovaya yollanır.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” klubu bu gün saat 19:00-da Moldovoya yollanır. “Köhlən atlar”ın oyunöncəsi məşqi sabah saat 20:00 “Şerif”in stadionunda baş tutacaq. Bundan 15 dəqiqə öncə isə təmsilçimizin baş məşqçisi Qurban Qurbanov mətbuat önünə çıxaraq, jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Şerif” – “Qarabağ” oyunu avqustun 23-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.