Kateqoriyasız

“Qarabağ” bu mövqelərə futbolçu transfer edəcək – Qurban Qurbanov açıqladı

“Çox istəkli futbçularım var. İstəyərdim bir neçə futbolçu ilə kollektivimiz gücləndirim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, hücum və yarımmüdafiə xəttinə futbolçu axtardıqlarını bildirib:

“Qış transfer pəncərəsində hücum və yarımmüdafiə xəttini gücləndirmək istəyərdim. Çünki gözlənilməz zədələr olur. Ancaq istədiyim futbolçuları tapmasam bu heyətlə pley-off matçlarında çıxacağıq. Bu heyətə çox güvənirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43