“Qarabağ” növbəti transferini rəsmiləşdirib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi Hayfa “Makkabi”sində çıxış edən Mikel Markos Maderanı transfer edib.
29 yaşlı dayaq yarımmüdafiəçisi ilə iki illik müqavilə imzalanıb. Futboçunun adı Avropa Liqasının qrup mərhələsinin oyunları üçün UEFA-ya sifariş olunub.
Qeyd edək ki, Madera karyerası ərzində “Sportinq Xixon”, “Hetafe” (hər ikisi İspaniya), “Birmingem” (İngiltərə) və AEK (Yunanıstan) kimi klubların şərəfini qoruyub.