06 Dekabr 2022
Kateqoriyasız

“Qarabağ” bugünkü oyunla bağlı azarkeşlərə müraciət etdi – VİDEO

Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə cavab oyunundan öncə azarkeşlərə müraciət edib.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi sosial şəbəkə hesablarında paylaşdığı videomaterial ilə fanatları saat 20:00-da başlayacaq matça 2 saat əvvəl gəlməyə çağırıb. “Qarabağ” azarkeşlərin rahatlığını düşünərək Tofiq Bəhramov adına Respublika Stadionunun giriş qapılarının sayını 3-ə yüksəldib. Matça gələcək insanlar A, B, C girişlərindən istifadə edə bilərlər. Bildirilib ki, 11-27-ci sektorlar aralığı bilet sahibləri A girişindən, 1-10-cu və 29-38-cu sektorlar aralığı bilet sahibləri isə B girişindən stadiona daxil ola bilərlər. C girişi yalnız akkreditə olunmuş şəxslər, mediya nümayəndələri və qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, stadionda görüşdən əvvəl – saat 18:30-dan etibarən Vətən müharibəsi qazilərinin iştirakı ilə konsert proqramı olacaq. Həmçinin “Bakı Metropoliteni” QSC oyunla əlaqədar bu gün gücləndirilmiş rejimdə işləyəcəklərini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Dadaşov rəsmən İngiltərə Premyer Liqa klubunda: “Elə bildim agentim mənimlə zarafat edir”

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

Maqsud Adıgözəlova xatırlatma

admin