Kateqoriyasız

“Qarabağ” qrup ikincisi oldu

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin son turunun oyunları keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, ölkəmizin turnirdəki təmsilçisi “Qarabağ” qrupdakı son matçını İsveçrənin “Bazel” komandasına qarşı keçirəcək.

Hər iki komanda ötən turdan pley-offa vəsiqəni təmin edib. Komandalar arasındakı matç qrupun liderini müəyyənləşdirəcək. “Qarabağ” qrupu ilk pillədə tamamlamaq üçün qələbə qazanmalıdır. “Bazel”ə isə heç-heçə də sərf edir.

Qrupun digər matçında Kiprin “Omoniya” komandası doğma meydanda Qazaxıstan “Kayrat”ının müqavimətini qırmağa çalışacaq.

Konfrans Liqası, qrup mərhələsi, 6-cı tur

9 dekabr

H qrupu

00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) – 3:0 

Qollar: Kabral, 33, 74, Kasami, 62,
Baş hakim: Fran Yoviç (Xorvatiya)

Bazel. “Sent Yakobs Park”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43