Kateqoriyasız

“Qarabağ” Kiprdən məğlub dönür – Yenilənib

Bu gün Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Kiprdə APOEL-lə qarşılaşıb. Görüşə daha yaxşı başlayan təmsilçimiz ilk hissəni qalib başa vurub. Lakin ikinci hissədə APOEL iki dəfə fərqlənərək qalib gəlib.

Qrupun digər oyununda “Sevilya” səfərdə “Düdelanj”ı məğlub edib – 2:5.

Avropa Liqası, qrup mərhələsi, 4-cü tur

7 noyabr

A qrupu

21:55. APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) – 2:1
Qol:
 Maksim Medvedev, 10 (0:1), Lukas Souza, 59 (1:1), İoannu, 88 (2:1)
Hakimlər: Manuel Şuttenqruber, Roland Brandner, Robert Steynaşer, Kristofer Yaqer (hamısı Avstriya).
Nikosiya. GSP stadionu)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43