“Qarabağ” “Zalsburq”u məğlub etməklə tarixə düşüb.
İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası olub.
ÇL-in III təsnifatında indiyə kimi iştrak edən iki klubumuz – “Neftçi” və “Bakı” sözügedən mərhələdə qələbə qazana bilməmişdi.
“Zolaqlılar” Bolqarıstanın “Levski” (0:0, 0:2), “Neftçi” isə İsrailin “Hapoel” (Kiryat-Şmona) klubuna qalib gələ bilməmişdi (2:2, 0:4).