27 Dekabr 2024
Ölkə futbolu

“Qarabağ” Çexiya klubuna 3 qolla qalib gəldi

Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qarabağ” bu gün ikinci yoxlama matçına çıxacaq.

Qurban Qurbanovun komandası Çexiyanın yüksək liqa təmsilçiisi “Bohemians” klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi oyundan 3:1 hesablı qələbə ilə başa vurub.

Qeyd edək ki, ilk sınaq oyununda Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi yanvarın  23-ü Polşanın “Piast”, 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klubları ilə üz-üzə gələcək.

19 yanvar

Yoxlama oyunu

18:00. “Qarabağ” (Azərbaycan) – “Bohemians” (Çexiya)  3:1

QOL: Yakub Nekas, 16, Ozobiç, 36, Donald Gerye, 62, Slavçev, 90
Antalya. “Gloria Sport Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43