Kateqoriyasız

“Qarabağ” Polşa klubu ilə bərabərə qaldı

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sonuncu yoxlama oyununa çıxib.

İdmanxeber.az-ın məlumatına görə, ağdamlılar bu gün 12:00-da Çexiyanın “Bohemians” klubu ilə qarşılaşmalı idi. Amma hava şəraitinə görə, çexiyalılarla oyun baş tutmayıb.

Qurban Qurbanovun komandası 17:45-də “Visla”(Krakov) ilə üz-üzə gəlib. Krakov təmsilçisi ilə 3 hissədən ibarət oyun oynayan “Qarabağ” rəqibi ilə bərabərə qalıb.

“Qarabağ” – “Visla”(Krakov) 0:0

İstifadə edilə bilməyən penalti: Yan Kliment, 53

“Qarabağ”: Luka Quqeşaşvili, Marko Veşoviç, Maksim Medvedev(k), Kevin Medina, Toral Bayramov, Qara Qarayev, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi, Abdella Zubir, İbrahima Vadji

“Qarabağ” toplanış çərçivəsində “Qaz Metan”(0:0), “Baçka Topala”(0:1) və “Şlensk”lə (2:3) qarşılaşmışdı.

 

“Qarabağ” Antalyada bundan əvvəl üç yoxlama oyunu keçirib. “Qarabağ” Rumıniyanın “Qaz Metan” komandası ilə heç-heçə edib, Serbiya “Baçka Topola”sı (0:1) və Polşa “Şlyonsk”una (2:3) isə uduzub.

Yoxlama oyunu

25 yanvar

12:00 Qarabağ – Bohemians (Çexiya)

18:00 Qarabağ – Visla (Polşa, Krakov)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43