21 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ” çox güclüdü” – “Dinamo”nun baş məşqçisi

Xorvatiyanın “Dinamo” klubu Çempionlar Liqası pley-off məthələsinin cavab görüşü çərçivəsində sabah Bakıda “Qarabağ”ın qonağı olacaq.

İdmanxeber.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– İlk matçda 3:0 qalib gəlməyimizə baxmayaraq, bu oyuna çox ciddi şəkildə hazırlaşmışıq. Rəqibimiz çox güclüdür. Onların hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Bütün bunları nəzərə alaraq, əsasən müdafiəni gücləndirmək şərtilə, oyunçuların hazırlıq səviyyəsinin yüksək formada olmasına çalışmışıq.

– Sabah təyyarənin havaya qalxması üçün 90 dəqiqə nəzərdə tutulub, yoxsa penaltilər seriyası da nəzərə alınıb?

– Bunun üçün konkret vaxt nəzərdə tutulmayıb. Oyunun gedişatından asılı olaraq görəcəyik.

– Hesab edirsiz ki, “Maksimir”dəki nəticə ədalətli deyildi?

– Nəticənin ədalətli olub-olmaması kimi şərh verə bilmərəm. Biz oyunda daha çox ona baxırıq ki, rəqib bizim üçün nə qədər şans yaradır ki, onların qapısına daha çox qol vuraq. Ya da rəqib tərəfdən belə olmasına fikir veririk. Nəticə də yaranan vəziyyətlədən asılı olur. 

– “Qarabağ” “Ludoqorets”ə evdə uduzdsa da, səfərdə qalib gələrək rəqibin baş məşqçisini istefaya göndərdi. Qorxmursuz ki, sabah da siz böyük hesabla uduzasız və istefaya göndəriləsiz?

– Həmin məşqçinin istefası barədə məlumatım yoxdur. Böyük ehtimalla artıq təqaüd yaşı çatdığına görə istefa verib. Mənim elə fikrim yoxdur. Bu komanda ilə yeni başlamışam və iddialıyam. Yaxşı nəticələrin olacağına inanıram. Komanda ruhumuza, oyunçulara güvənirəm. Belə halın yaşacağını qətiyyən düşünmürəm.

– Yaxın keçmişdə Mahir Emrelini sərəncamınızda görmək istəmədiz və o, komandadan ayrıldı. Buna səbəb nə idi? 

– Mən bu komandada bir ildir ki, baş məşqçiyəm. Bu bir il ərzində Emrelinin potensialını görməyə vaxtım oldu. Lakin qışdakı zədəyə görə yazda oyunlara çıxa bilmədi. Daha sonra zədə yaya qədər uzandı. Bir çox oyunlarda iştirak edə bilmədi. Onun da bəxti gətirdi ki, “Nürnberq”ə transfer oldu. Mahirlə sağollaşmağımızda heç bir pis səbəb yox idi. 

– Bakıya hansı nəticə üçün gəlmisiz?

– Bizi daha da irəli aparacaq nəticəni əldə etmək üçün gəlmişik. Heç-heçə, qalibiyyət, məğlubiyyət kimi adlandıra bilmərəm. Niyyətimiz daha da irəli getməkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43