28 Noyabr 2022
Kateqoriyasız

“Qarabağ” çox pul xərcləyir, ona görə də…” – Ceyms Adeniyi

“Hazırda Azərbaycan Premyer Liqasını yaxından izləmirəm. Ancaq mən oynayanda çempionatda müəyyən mənfi tərəflər var idi. Məsələn, klublar əvvəlki qədər sərmayə qoymurdular. Həm də liqada çoxlu gənc futbolçular çıxış edirdi”.

Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin sabiq oyunçusu Ceyms Adeniyi deyib. O, “qırmızı-qaralar”da çempion ola bilməməsinin səbəni belə şərh edib:

“Qarabağ” çox güclüdür. Onların səviyyəli legionerləri var. Hamıdan çox pul xərcləyirlər. Bu səbəbdən də digər klubların çempionluq şansı azdır. Onlar həqiqətən də ən yaxşı adına layiqdirlər. Ancaq buna rəğmən, nəticə əldə etməyə çalışırdıq.

“Qəbələ”dəki ən unudulmaz anım kubokun finalında uduzmağımız oldu. Özümü çox pis hiss edirdim. Ancaq sonradan kubokun qazanılmasına sevindim. Bu gün də oranı öz evim kimi görürəm. Əgər yenə də yaxşı bir təkflif gəlsə, “Qəbələ”yə qayıdaram”.

Hazırda Türkiyə I liqa təmsilçisi “Tuzlaspor”da çıxış edən nigeriyalı futbolçu Premyer Liqa ilə oynadığı çempionatı müqayisə edib:

“Sözsüz ki, burada oynamaq daha çətindir. Çünki çempionatda yaxşı rəqabət var. Klubların əksəriyyəti Super Liqa uğrunda mübarizə aparır. Əcnəbi və səviyyəli futbolçular daha çoxdur”.

29 yaşlı futbolçu sonda “Qarabağ”ın Avropa Liqasındakı şanslarını da dəyərləndirib: “Komandanın avrokuboklarda çox təcrübəsi var. Artıq orada necə oynamalı olduqlarını yaxşı bilirlər. Bu səviyyəli turnirlərdə təcrübə çox vacibdir. Məncə, “Qarabağ” Avropa Liqasında yaxşı nəticə qazana bilər. Qrupdan çıxmaq şansları var”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Nazarov Almaniyada daha bir qol vurdu – Video

admin

Daha bir azərbaycanlı futbolçu Polşa klubunda

admin

“Qarabağ” – “Linfild” oyununa nə qədər bilet satılıb?

admin