“Qarabağ” klubu Leroy Corc, Muarem Muarem, Vüqar Nadirov və Admir Telidən sonra daha iki futbolçu ilə yolları ayırıb.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi Hacı Əhmədov və hücumçu Tural İsgəndərovun başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, hər iki futbolçu Ağdam təmsilçisində əsas heyətə düşə bilmirdi.