28 Oktyabr 2024
Ölkə futbolu

“Qarabağ” “Dinamo” ilə Bakıdakı oyuna ciddi itkilərlə çıxacaq

“Qarabağ” Çempionlar Liqası pley-off mərhələsi cavab görüşünə ciddi itkilərlə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, ilk oyunda Xorvatiya “Dinamo”suna böyükhesabla (0:3) məğlub olab Ağdam təmsilçisi bir həftə sonra rəqibini Bakıda qəbul edəcək.

Təmsilmiz Zaqreb klubuna qarşı matçda 3 əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Belə ki, zədəli Marko Yankoviç və Marko Veşoviçlə yanaşı, dünənki matçda sarı vərəqə görən Julio Romao da cavab görüşündə olmayacaq. Futbolçu “sarı” limitini keçdiyi üçün Bakıdakı görüşü kənardan izləyəcək.

Qeyd edək ki, tərəflər arasındakı cavab matçı avqustun 28-də Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43