13 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” “Dinamo” qarşısında favoritdir

UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarında keçiriləcək matçların favoritləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, futbol biliciləri təmsilçimiz “Qarabağ”a Bakıdakı görüşdə yüksək şans veriblər. “Dinamo” (Zaqreb) qarşısında “köhlən atlar” favorit göstərilib.

Belə ki, Xorvatiya komandasının qələbəsinə 3,49, Ağdam təmsilçisinin qalibiyyətinə isə 2,09 əmsal təyin edilib. Görüşün heç-heçə bitməsi isə 3,93 olaraq dəyərləndirilib. 

Xatırladaq ki, “Qarabağ” – “Dinamo” oyunu avqustun 28-də, saat 20:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43