Kateqoriyasız

“Qarabağ” – “Dnepr” matçı üçün biletlər satışda, maraq zirvə həddində

Avropa Liqasının qrup mərhələsinin IV tur çərçivəsində  baş tutacaq `Qarabağ` – `Dnerpr` oyununa böyük maraq var.

İdmanxeber.com-un məlumatına görə,  bu gün səhər satışa çıxan oyun biletlərinin satılmasıyla yanaşı müxtəlif qurumlardan oyunda iştirak etmək üçün təkliflər gəlir. Artıq, `Bakcell`, Milli Bank, `ASAN xidmət` və digər qurumlar əməkdaşları üçün bilet əldə ediblər. Bu gedişlə  oyuna biletlər gözlənildiyindən daha tez tükənməsi ehtimalı vardır.

Bu faktları nəzərə alaraq oyuna bilet əldə etmək istəyənləri aktiv olmağa çağırırıq. Vaxtında əldə edəcəyiniz bilet sizi əlavə gərginlikdən azad edəcək və siz sevimli komandanıza rahatlıqla dəstək verə biləcəksiniz.

Bir daha qeyd edək ki,  `Qarabağ` – `Dnepr` oyununun biletlərini Respublika stadionunun kassalarından əldə edə bilərsiz.

Oyun biletləri holoqramlıdır.

`Qarabağ` – `Dnepr` oyunu Noyabrın 6-sında saat 21:00-da keçiriləcəkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43