Avropa Liqasının IV turunda “Dnepr”lə qarşılaşan “Qarabağ” klubunun azarkeşləri bu dəfə də diqqət mərkəzində olub.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, matçı izləyən Ağdam təmsilçisinin azarkeşləri növbəti dəfə TOP-5-də yer alıb.
Tofiq Bəhramov adına Respublika stadinonunda keçirilən “Qarabağ” – “Dnepr” oyununu 31.000 azarkeş izləyib. Bu isə “Qarabağ” azarkeşlərinin IV turunda keçirilən oyunlarda ən çox azarkeş sayına görə TOP-5-ə düşməsinə səbəb olub.
TOP 5-i təqdim edirik:
1. “Sent-Etyen” (Fransa) – “İnter” (İtaliya) – 36.411
2. “Sevilya” (İspaniya) – “Standard” Lyej (Belçika) – 35.000
3. “Everton” (İngiltərə) – “Lill” (Fransa) – 32.000
4. “QARABAĞ” (AZƏRBAYCAN) – “Dnepr” (Ukrayna) – 31.000
5. “Feyenoord” (Hollandiya) – “Riyeka” (Xorvatiya) – 30.000
Qeyd edək ki, “Qarabağ” – “Dnepr” matçı qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.