Kateqoriyasız

“Qarabağ” – “Düdelanj” matçının biletləri satışa çıxarılır

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin altıncı turunda dekabrın 12-si Lüksemburqun “Düdelanj” klubunu qəbul edəcək.

İdmanxeber.az klubun rəsmi Feysbuk səhfəsin istinadla yazır ki, qarşılaşmanın biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 50 və 75 AZN-dir.

Biletlərin satış məntəqələri:

Qarabağ FK fan-şop (Park Bulvar)

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

ASAN Sumqayıt

İticket.az (onlayn)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43