Kateqoriyasız

“Qarabağ” dünən Almaniyadan qayıtdı, bugün məşq edir

Topaz Premyer Liqanın V turunda AZAL-la qarşılaşacaq “Qarabağ” klubu bu oyunun hazırlıqlarına başlayıb. 

Komanda Avroliqanın pley-off mərhələsi çərçivəsində “Ayntraxt”la oyundan (1:2) dünən axşam Bakıya qayıdıb. 

Qeyd edək ki, Tofiq Bəhramov adına respublika arenasının ot örtüyünün bərpası ilə əlaqədar olaraq “Qarabağ” – AZAL oyunu 8-ci km qəsəbə stadionunda baş tutacaq.

“Qarabağ” – AZAL oyunu sentyabrın 1-də, saat 20:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43