Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2014-cü il üçün klubların reytinq siyahısını hazırlayıb.
İdmanxeber.com-un məlumatına görə, dünyanın 100 ən yaxşı klubu sırasında “Qarabağ” da yer alıb. Təmsilçimiz 138 xal ilə siyahının 78-ci pilləsində qərarlaşıb.
Siyahıya 381 xalla “Real” klubu başçılıq edir. “Bavariya” ikinci, “Atletiko” isə üçüncü pillədə qərarlaşıb.