17 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” “EAFC 25”də

“Qarabağ” məhşur futbol simulyatoru olan “EAFC 25”də yer alacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.Ağdam təmsilçisi “EA Sports” şirkəti tərəfindən hazırlanan oyunda “Rest of World league” (Digər dünya liqaları) bölməsində fərdi formada təmsil olunacaq.

“EA Sports FC 25” “Electronic Arts” tərəfindən istifadəyə verilən yeni futbol simulyasiya oyunudur. Bu, “EA Sports FC” seriyasının ikinci, ümumilikdə isə 32-ci buraxılışı olacaq. Oyunun 27 sentyabr 2024-cü ildə dünya üzrə oyun həvəskarlarının ixtiyarına verilməsi planlaşdırılır. Əlavə olaraq, öncədən sifariş edənlər üçün oyun 20 sentyabr tarixində “Nintendo Switch”, “PlayStation 4”, “PlayStation 5”, “Windows”, “Xbox One” və “Xbox Series X/S” platformalarında əlçatan olacaq.

Xatırladaq ki, “Qarabağ” adıçəkilən futbol simulyatorunda yer alan ilk Azərbaycan klubudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43