26 Fevral 2024
Ölkə futbolu

“Qarabağ” elə bilməsin ki, biz onlara asan təslim olacağıq”

"Bu tur bizim üçün çox əhəmiyyətlidir. Çünki qələbə qazanacağımız təqdirdə liderliyə yüksələcəyik".

Bu sözləri İdmanxeber.com saytına açıqlamasında AZAL-ın futbolçusu Ruslan Tağızadə deyib. Komandanın hazırkı durumunu dəyərləndirən Tağızadə bunları dilə gətirib:

"Ötən mövsümü unutmuşuq. Keçən il də bir müddət lider olduq. Ancaq bu il keçən mövsümkü kimi etmək istəmirik".

Bundan əlavə, futbolçu Premyer Liqanın növbəti turunda "Qarabağ"la qarşılaşacaqları oyun haqda da danışdı:

"Oyunun çətin olacağını bilirik, amma "Qarabağ" düşünməsin ki, biz asan təslim olacayıq. Ola bilər onlar Almaniyadan yorğun qayıdıblar, amma onların ehtiyatda oturan futbolçuları əsas heyətdən heç də geri qalmır. Bunu "İnter" və "Qəbələ" oyunlarında da gördük".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43