22 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” evdə 3, bəlkə də daha çox qolla qalib gələcək

“Qarabağ”ıın sabiq yarımmüdafiəçisi Artim Şakiri Ağdam klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburq “Düdelanj”ına rəqib olmasından danışıb. 

İdmanxeber.com-un məlumatına görə, o, öncə bunları söyləyib:

“Qarabağ” son illərdə avrokuboklarda kifayət qədər uğurlu çıxış edir. Daim onların çıxışını izləməyə çalışıram. Çünki bu komanda mənim üçün xüsusi yer tutur və həmişə də belə olacaq. Özüm orada çıxış edərkən çox yaxşı münasibətlə qarşılanmışam və bilirəm ki, “Qarabağ” böyük klubdur”.

“Hər bir rəqibi ciddi qəbul etmək lazımdır. Baxmayaraq ki, “Düdelanj”ın “Qarabağ” üçün xüsusi problem yaradacağını düşünmürəm. Şübhəsiz ki, ağdamlılar cütün favoritidirlər. “Qarabağ”ın həm evdə, həm də səfərdə qələbə qazanacağını düşünürəm”.

“Mən hətta “Qarabağ”ın Bakıda 3:0 hesabıyla qalib gələcəyini də proqnoz verməyə hazıram. Daha böyük hesabla da qalib gəlməsi mümkündür. Lüksemburqluların səfərdə bu komandaya qol vuracağına inanmıram. Niyə belə əminliklə danışıram? Çünki “Qarabağ”ın avrokuboklarda böyük təcrübəsi var. Belə oyunlarda uğur qazanmağın yolunu bilirlər”.

Şakirinin sözlərinə görə, “Qarabağ” bu mövsüm ÇL-in qrupuna çıxmağa da qadirdir: “Bu mövsüm ağdamlıların qrup mərhələsinə çıxmaq üçün əla şansı var. Fikrimcə, Qurban Qurbanov və onun komandası bu şansdan istifadə edə biləcək”.

Makedoniyalı sabiq futbolçu “Qarabağ”ın güclənməsinin lazım olduğunu da vurğulayıb: “Transfer həmişə lazımdır. Hətta Avropa nəhəngi olan komandalar da öz heyətlərini daim gücləndirməyə çalışırlar. Son mövsümdə “Qarabağ”ı iki hücumçunun tərk etdiyini bilirəm. Lazım gəlsə, kluba yaxşı hücumçu tapmaqda kömək etməyə də hazıram”.

azerisport.az



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43