25 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” “Fənərbağça”dan öndə – UEFA açıqladı

UEFA 2020-ci il üçün klubların sonuncu reytinq cədvəlini açıqlayıb.

Son 5 mövsümün nəticələrinə əsasən hazırlanan reytinqdə 8 klubumuz yer alıb.

Təmsilçilərimizdən ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 69-cu pillədə (21.000) qərarlaşıb. Qurban Qurbanovun komandası Türkiyədən “Fənərbağça”, “Sivasspor”, İspaniyadan “Atletik”, Rusiyadan “Spartak” kimi klubları geridə qoyub.

Digər klublarımızdan “Qəbələ” (5.500) 217-ci, “Neftçi” (5.000) 244-cü, “Keşlə” (2.500) 300-cü, “Sumqayıt” (1.000) 301-ci, “Səbail” (1.000) 302-ci, “Zirə” (0.500) 303-cü, “Kəpəz” (0.500) 304-cüdür.

Qeyd edək ki, siyahıya “Bavariya” (127.000) başçılıq edir. “Barselona” (121.000) 2-ci, “Yuventus” (118.000) 3-cüdür


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43