Kateqoriyasız

“Qarabağ” – “Ferentsvaroş”: Bilet almaq istəyənlərin nəzərinə

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” və Macarıstan “Ferentsvaroş”u arasında keçiriləcək ilk oyun üçün satışa çıxarılan biletlərin 28 mini alınıb.

İdmanxeber.az-ın məlumatına görə, avqustun 3-də keçiriləcək oyun üçün ucuz biletlərin hamısı satılıb.

Dünəndən başlayan bilet satışından sonra 5 manat, 10 manat və 20 manat dəyərində olan biletlərin hamısı alınıb.

Yalnız 50 və 75 manat dəyərində olan biletlər satışda qalıb.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu avqustun 3-ü saat 20:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43