Kateqoriyasız

“Qarabağ” – “Ferentsvaroş”: “Misli” və “Etopaz” kimi şanslı görür?

Çempionlar Liqasında yoluna inamla davam edən “Qarabağ” turnirin III təsnifatında “Ferentsvaroş”la qarşılaşacaq.

İdmanxeber.az-ın mumatına görə, Azərbaycanın iki qanuni mərc şirkəti – “Etopaz” və “Misli” bu oyun üçün əmsalları açıqlayıb. Hər iki bukmeyker kantoru Ağdam klubunu Bakıdakı matçda şanslı sayır. “Qarabağ”ın qələbəsinə açılan əmsal 2.15-di. Matçın heç-heçəsinə 3.30, macarların qələbəsinə isə 3.27 əmsal açılıb.

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43