Kateqoriyasız

“Qarabağ” Fransadan futbolçu transfer edir?

“Qarabağ” Fransanın “Red Star” komandasında çıxış edən Mussa Quellə maraqlanır.

İdmanxeber.az “Foot Mercato” nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 23 yaşlı vingeri yaxından izləyir.

Mussa müqavilə ilə Liqa 2 təmsilçisi “Valensyen”ə məxsusdur. Fil Dişi Sahilindən olan futbolçu mövsümün əvvəlində 3-cü liqa klubu “Red Star”a icarəyə verilib.

Quel bu mövsüm 26 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun transfermarktda dəyəri 450 min avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43