22 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” – “Frayburq” matçı üçün bu sektora biletlər də satışa çıxarıldı

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Frayburq” oyunu üçün 26-cı sektorun biletləri də satışa çıxarılıb.

Idmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin biletləri “iticket.az” və kassalardan almaq mümkündür.

30, 31, 37 və 38-ci sektorlara olan biletlər onlayn deyil, yalnız kassalarda satılır.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
“Iticket.az”ın satış məntəqələri (“iticket.az”da onlayn satış);
“Qarabağ”ın “Park Bulvar”dakı Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərində satılır (11:00-22:00).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43