Kateqoriyasız

“Qarabağ” – “Frayburq” matçına bu qədər bilet qalıb

UEFA Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Frayburq” oyununa cəmi 7000 bilet qalıb.

İdmanxeber.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

30, 31, 37 və 38-ci sektorlara olan biletləri onlayn deyil, yalnız kassalardan ala bilərsiniz.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində (11:00-22:00).

Qeyd edək ki, noyabrın 3-ü keçiriləcək “Qarabağ” – “Frayburq” görüşü saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43