22 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” – “Frayburq” oyunu “5-lik”dən kənar qaldı

UEFA Avropa Liqasının qrup mərhələsində VI turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” – “Frayburq” matçı 6-cı sırada yer alıb. Matçı 30430 tərəfdar izləyib.

Ən çox fanat isə “Roma” (İtaliya) – “Lüdoqorets” (Bolqarıstan) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 807 azarkeş olub.

Qeyd edək ki, “Qarabağ” qrupdakı sonuncu qarşılaşmada rəqibi ilə 1:1 hesablı heç-heçə edərək Avropa Liqası ilə vidalaşıb. “Köhlən atlar” UEFA Konfrans Liqasının pley-offunda mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43