06 Oktyabr 2022
Kateqoriyasız

“Qarabağ Futbol Klubu”nun təsisçisi dəyişib

“Qarabağ Futbol Klubu” MMC təsisçinin dəyişdiyini bəyan edib.

Idmanxeber.az xəbər verir ki, klub bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.

Elanda deyilr ki, oktyabrın 13-də, saat 15:00-da Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 94 ünvanında (“Azərsun Holdinq” MMC-yə məxsus ünvandır) “Qarabağ Futbol Klubu”nun iştirakçılarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda təsisçi dəyişikliyi ilə bağlı klubun nizamnaməsinə dəyişikliklərin edilməsi – nizamnaməsinin 6-cı redaksiyada təsdiq edilməsi, dövlət qeydiyyatı məlumatlarındakı dəyişikliklərin qeydə alınması üçün qeydiyyat orqanına müraciətlə bağlı məsələlər müzakirə olunacaq.

Bununla belə, elanda klubun yeni təsisçisi barədə məlumat verilməyib.

“Qarabağ Futbol Klubu” kommersiya qurumu kimi 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,616 milyon manatdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Gülüş gününüz mübarək – VİDEO

Səxavət Qurbanov

“Mənim bu ölkə ilə xüsusi bağlarım var” – De Byazi

admin

Ermənistan Futbol Federasiyasının prezidenti istefa verdi

admin