17 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” futbolçusuyla yollarını ayırdı – RƏSMİ

“Qarabağ” futbolçusu Hamidu Keytayla yolları ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

29 yaşlı fransalı vingerlə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

“Qarabağ” Futbol Klubu Keytaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Daha öncə Keytanın Türkiyə Super Liqa təmsilçisi “Konyaspor”la anlaşdığını xəbər vermişdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43