22 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” gümüş medalçı ilə qarşılşacaq

Avstriyada təlim-məşq toplanışını yekunlaşdıran və Bakıda Çempionlar Liqasının hazırlıqlarına start verən “Qarabağ” yoxlama oyunuda qüvvəsini sınayacaq.
 
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı “Zirə” ilə qarşılaşacaq.
 
İyulun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində iyulun 12-də Lüksemburq təmsilçisi “F91 Düdelanj”la qarşılaşacaq. Matç saat saat 21:00-da başlayacaq. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43