Kateqoriyasız

“Qarabağ” həm qazandı, həm qazandırdı

Ötən gün Konfras Liqasının H qrupunda “Bazel”lə oyunda qolsuz heç-heçə edən “Qarabağ”  ölkəmizin aktivinə  növbəti xalı yazıdırıb.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrə təmsilçisi ilə edilən bərabərlikdən sonra ölkə aktivinə 0,125 xal əlavə olunub. Beləliklə, cari mövsümdə xal sayı 2,125-ə, son 5 mövsümdə ümumi isə 14,750-ə çatan Azərbaycan 29-cu pillədə qərarlaşıb.

Bundan başqa “Qarabağ” UEFA-dan bu heç-heçəyə görə 166 min avro alacaq.

Konfrans Liqasının ümumi mükafat fondu 235 milyon avrodur. Qrupda hər qələbə 500 min, hər bərabərlik isə 166 min avrodur. Qrupu ilk sırada bitirən klublar 650 min avro, ikincilər 325 min avro qazanacaq. 1/16 finala çıxanlara 300 min, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək. Konfrans Liqasının qalibinə 8,9 milyon avro ödəniləcək.
 Xatırladaq ki, “Qarabağ” əvvəlki mərhələlərdə isə 1 milyon 50 min avro əldə edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43