22 Noyabr 2024
Ölkə futbolu

“Qarabağ” HİK-i keçə bilməsə – mümkün rəqiblər…

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində üz-üzə gələ biləcəyi mümkün rəqiblərin siyahısı dəqiqləşib.

İdmanxeber.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının III raundunda Finlandiya HİK-ini keçə bilməsə, aşağıdakı cütlüklərdən birini qalibi ilə qarşılaşacaq:

“Valmeyra” (Latviya) – “Partizani” (Albaniya)

“Farul” (Rumıniya) – “Flora” (Estoniya)

“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq)

Konfrans Liqasının püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 24-31 avqustda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43