18 Fevral 2025
Kateqoriyasız

“Qarabağ” Hollandiyada tək qalmayacaq

Avroliqanın pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Tvente”nin qonağı olacaq “Qarabağ” klubu  Hollandiyada tək qalmayacaq.

İdmanxeber.com-un məlumatına görə, komandamızı dəstəkləmək üçün Hollandiya da yaşayan azərkeşlər stadionda olacaqlar. Bundan əlavə Hollandiya ilə həmsərhəd olan ölkələrdən də azərbaycanlı azərkeşlər “Qarabağ”ı dəstəkləmək üçün oyunun keçiriləcəyi arenaya gələcəklər.

Qeyd edək ki, matç bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43