Ölkə futbolu

“Qarabağ” hücumçu transfer edir

Təlim-məşq toplanışı üçün Türkiyəyə yollanan “Qarabağ” klubu artıq Antalyadadır.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, bu gün futbolçular tibbi muayinədən keçdikdən sonra Antalyada ilk məşqinə çıxacaqlar.

Ağdam klubu komandadan ayrılan Emeqaranın boşluğunu doldurmaq üçün hücumçu axtarır. Qurban Qurbanov Antalyada bəyəndiyi hücumçu olacaqsa o zaman həmin forvard “Qarabağ”a transfer olunacaq. Baş məşqçi artıq bununla bağlı rəhbərliklə söhbət də edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43