28 Fevral 2024
Ölkə futbolu

“Qarabağ” iki legioneri ilə müqavilə imzaladı

Cari mövsümün çempionu “Qarabağ” iki futbolçusu – Admir Telli və Ansi Aqolli ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu albaniyalı futbolçularla 2015-ci ilə kimi yeni müqavilə imzalayıb. 

Qeyd edək ki, hər iki futbolçunun “Qarabağ”la müqaviləsi bu mövsümün sonu başa çatırdı. Əlavə edək ki, bundan öncə “Qarabağ” futbolçusu Qara Qarayevlə də müqavilənin müddətini uzatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43