Ölkə futbolu

“Qarabağ” ilin son oyununa tam heyətlə hazırlaşır

Premyer Liqanın XVIII turunda “İnter”i qəbul edəcək “Qarabağ” klubu bu oyunun hazırlıqlarına başlayıb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, komanda dünən “Bakı” ilə görüşdən sonra bu gün mərkəzi arenada məşqə çıxıb.

Sonuncu qarşılaşmada müxtəlif səbəblərdən iştirak etməyən Rəşad Sadıqov, Riçard Almeyda və Reynaldo da komandanın hazırlığında iştirak ediblər.

Qeyd edək ki, “Qarabağ” – “İnter” qarşılaşması cümə günü, dekabrın 20-də saat 17:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43