08 Avqust 2022
Dünya futbolu

“Qarabağ” ilk “3-lük”də – Çempionlar Liqası

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” turnirdə ən çox qol vuran komandaların siyahısında yer alıb. Azərbaycan təmsilçisi 4 oyunda 10 dəfə fərqlənməklə Macarıstan “Ferentsvaroş”u ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. Norveçin “Budö/Qlimt”i 12 qolla birinci, İslandiya “Vikinqur”u 10 qolla ikinci pillədə qərarlaşıb.

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges bombardirlik cədvəlində 4 qolla ikinci yerdədir. “Budö/Qlimt”dən Viktor Bonifeys isə beş dəfə fərqlənməklə siyahıya başçılıq edir.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Arsenal”dan gözlənilməz məğlubiyyət – VİDEO

admin

Əl Şaravi “Qalatasaray”da?

admin

AÇ 2020 – Bakıda keçiriləcək oyunların vaxtı açıqlandı

admin