Kateqoriyasız

“Qarabağ” – “İnter” matçına nə qədər bilet satılıb?

Avroliqanın qrup mərhələsi çərçivəsində oynanılacaq “Qarabağ” – “İnter” matçı üçün bilet satışı davam edir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, matç üçün satışa çıxarılan 31 min biletdən artıq 14 mini satılıb. Matçın başlama saatına qədər bütün biletlərin satılacağı gözlənilir.

Qeyd edək ki, matç 11 dekabrda Tofiq Bəhərmov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43