Azərbaycan Premyer Liqasının ikinci turunda keçiriləcək “Qarabağ” – “İnter” matçının məkanı və başlama saatı dəyişdirilib.
İdmanxeber.com-un “Qarabağ”ın saytına istinadən yaydığı xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün “Qarabağ”- “Tvente” oyununa qədər ideal halda saxlanması üçün Ağdam təmsilçisi “İnter”i Bakıxanov qəsəbə stadionunda qəbul edəcək.
Qarşılaşma isə avqustun 16-ı, saat 18:00-da start götürəcək və İdman Azərbaycan telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
Qeyd edək ki, bundan əvvəl “Qarabağ” – “İnter” görüşünün saat 21:00-da başlanacağı açıqlanmışdı.