İdman

“Qarabağ” irəliləmək şansını qaçırdı

Çempionlar Liqasının qrup mərhələsinin II turunгт görüşlərindən sonra UEFA reytinqi açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə keçirilən 8 matç bəzi ölkələrin xal hesabını dəyişməsi ilə nəticələnib. Dünən “Roma” ilə qarşılaşan və 1:2 hesabı ilə uduzan “Qarabağ” isə xal ehtiyatımızı zəngiləşdirə bilməyib.

Cari mövsümdə 3,875 xal toplayan klublarımız son 5 ilin nəticələrinə görə hesablanan reytinqimizi 18,625-ə çatdırsa da, son 2 matç bu rəqəmin dəyişməyib. Bu, Azərbaycanı Avropada 22-ci pillədə saxlayıb. Komandamızın qələbəsi isə Rumıniyanı 1 pillə geridə qoymağımızla nəticələnə bilərdi.
Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 92,712 xal.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43